0
Saturday 29 February 2020 - 11:07

Hücumun arxasında Rusiya dayanır: cavab verəcəyik - Nazir

Story Code : 847483
Hücumun arxasında Rusiya dayanır: cavab verəcəyik - Nazir
Axar.az xəbər verir ki, bu sözləri Liviya Milli Razılaşma hökumətinin Daxili İşlər naziri Fethi Başağa deyib.

“Bundan sonra susmayacağıq. Haftar milislərinə aid mövqeləri hədəf alacağıq. Qarşı tərəfi Tripoli ətrafından uzaqlaşdırmaq üçün əks-hücumdan başqa çarəmiz yoxdur”, - deyə nazir bildirib.

Qeyd edək ki, Haftarın rəhbərliyindəki qüvvələr (Liviya Milli Ordusu) Mitiqa hava limanı istiqamətində intensiv əməliyyatlara başlayıb.