QR CodeQR Code

Rus-türk gərginliyi ABŞ-a fürsət verdi... - Rus ekspert

29 Feb 2020 13:21

İslamTimes: ABŞ rus-türk münasibətlərini gərginləşdirmək üçün İdlibdəki son olayları fürsət kimi dəyərləndirir.


Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Vladimir Batyuk İdlibdəki son prosesləri şərh edərkən deyib.

“Amerikalılar bu olayları Türkiyə-Rusiya arasında nifaq toxumu səpmək, ən azı razılaşmanı pozmaq üçün fürsət olaraq görürlər. Amerikalılar S-400 razılaşmasından çox narahatdırlar, bunu xarici siyasətin uğursuzluğu kimi qəbul edirlər”, - deyə ekspert bildirib.

Batyuk bildirib ki, Vaşinqton Türkiyə-Rusiya yaxınlaşmasının qarşısını almaq üçün müxtəlif hiylələr düşünəcək, lakin proseslərə birbaşa müdaxilə etməyəcək.


Story Code: 847504

News Link :
https://www.islamtimes.org/az/news/847504/rus-türk-gərginliyi-abş-a-fürsət-verdi-ekspert

Islam Times
  https://www.islamtimes.org