0
Saturday 29 February 2020 - 13:21

Rus-türk gərginliyi ABŞ-a fürsət verdi... - Rus ekspert

Story Code : 847504
Rus-türk gərginliyi ABŞ-a fürsət verdi... - Rus ekspert
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Vladimir Batyuk İdlibdəki son prosesləri şərh edərkən deyib.

“Amerikalılar bu olayları Türkiyə-Rusiya arasında nifaq toxumu səpmək, ən azı razılaşmanı pozmaq üçün fürsət olaraq görürlər. Amerikalılar S-400 razılaşmasından çox narahatdırlar, bunu xarici siyasətin uğursuzluğu kimi qəbul edirlər”, - deyə ekspert bildirib.

Batyuk bildirib ki, Vaşinqton Türkiyə-Rusiya yaxınlaşmasının qarşısını almaq üçün müxtəlif hiylələr düşünəcək, lakin proseslərə birbaşa müdaxilə etməyəcək.