İmzalanma mərasimi şənbə günü Dohada baş tutub. Sənədi imzaladıqdan sonra Xəlilzad və Baradar bir birinin əllərini sıxıb.
ABŞ dövlət katibi Maykl Pompeo "Taliban"ı Əl-Qaidə terror qruplaşması ilə əlaqələrini kəsmək vədini yerinə yetirməyə çağırıb: ""Taliban"ın hansı addımları sazişi uğurlu edəcək? Əvvəla, sözlərinizi yerinə yetirin, Əl-Qaidə və digər terrorçularla əlaqəni kəsin. "İslam Dövləti" terror qruplaşmasına qarşı mübarizəni dəstəkləyin".