QR CodeQR Code

ABŞ və `Taliban` barışıq sazişi imzalayıb

1 Mar 2020 10:10

İslamTimes: ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və "Taliban" liderinin müavini, Qətərin siyasi nümayəndəliyinin rəhbəri Abdullah Qəni Baradar ABŞ və "Taliban" arasında sülh sazişini imzalayıblar.


İmzalanma mərasimi şənbə günü Dohada baş tutub. Sənədi imzaladıqdan sonra Xəlilzad və Baradar bir birinin əllərini sıxıb.
ABŞ dövlət katibi Maykl Pompeo "Taliban"ı Əl-Qaidə terror qruplaşması ilə əlaqələrini kəsmək vədini yerinə yetirməyə çağırıb: ""Taliban"ın hansı addımları sazişi uğurlu edəcək? Əvvəla, sözlərinizi yerinə yetirin, Əl-Qaidə və digər terrorçularla əlaqəni kəsin. "İslam Dövləti" terror qruplaşmasına qarşı mübarizəni dəstəkləyin".


Story Code: 847653

News Link :
https://www.islamtimes.org/az/news/847653/abş-və-taliban-barışıq-sazişi-imzalayıb

Islam Times
  https://www.islamtimes.org