0
Sunday 1 March 2020 - 14:48

AİP Hacı İlham Əliyevin saxlanılması ilə bağlı bəyanat verdi

Story Code : 847717
AİP Hacı İlham Əliyevin saxlanılması ilə bağlı bəyanat verdi
Redaksiyamıza daxil olan sənəddə deyilir:

“Fevral ayının 29-da Azərbaycan İslam Partiyasının sədr əvəzi, İslam alimi Hacı İlham Əliyev saxlanılıb. Qurumun idarə heyəti və bütün üzvləri AİP sədr əvəzinin fəaliyyəti dövründə heç bir cinayət tərkibli əməlinin olmaması qənaətindədir. Buna rəğmən hesab edirik ki, Hacı İlham Əliyevin saxlanılması anlaşılmazlıq səbəbindəndir və düşünürük ki, qərəzli xarakter daşıyır. İslam aliminə qarşı bu qeyri-qanuni addımı insan haqlarının pozulması kimi qiymətləndirir, demokratik inkişaf xətti götürən bir ölkədə yolverilməz akt hesab edirik.

Bəyan edirik ki, Azərbaycan ictimaiyyəti tərəfindən belə addımlar pislənməlidir.  İnsanlarda təhlükəsizliklərinə inamı qıran, etimada xələl gətirən hərəkətlərə yol verilməməli, dovlət- cəmiyyət münasibətlərinə diqqətli və həssas yanaşılmalıdır.

Günahsız insanlara qarşı hər hansı bu kimi qərəzli münasibətlər Azərbaycan cəmiyyətini ciddi narahat etməyə bilməz. İslam aliminin siyasi fəaliyyətinə ədalətsiz münasibət yalnız xarici düşmənlərimizi-erməni işğalçıları kimi müsəlman torpaqlarına təcavüz edənləri sevindirər. Bütün bunlara rəğmən AİP sədr əvəzi, siyasi xadim Hacı İlham Əliyevin tezliklə azad edilməsini və siyasi fəaliyyətini davam etdirilməsinə normal, təhlükəsiz şərait yaradılmasını tələb edirik.”