0
Sunday 1 March 2020 - 15:46

ABŞ şokda - Heç bir virus daşıyıcısı ilə təmasda olmayan 2 amerikalı koronavirusa yoluxdu

Story Code : 847724
ABŞ şokda - Heç bir virus daşıyıcısı ilə təmasda olmayan 2 amerikalı koronavirusa yoluxdu
Virtualaz.org xəbər verir ki, Sietl xəstəxanalarından birində ölən şəxsin yaşı 50-dən yuxarı olub, onun adı açıqlanmır. Həmin şəxs yoluxan şəxslərlə heç bir təmasda olmayıb və ştatın hüdudlarından kənara çıxmayıb. Bu baxımdan onun necə yoluxduğu qaranlıq qalır.

ABŞ-ın xəstəliklərə nəzarət və profilaka üzrə Mərkəzinin direktoru, doktor Robert Redfildə bəyan edib ki, bundan əlavə virus Vaşinqton ştatının Kinq dairəsində qocalar evinin sakinlərindən birində də aşkarlanıb. Həmin yaşlı qadın qocalar evinin hüdudlarından kənara çıxmayıb və xaricdə olmayıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Sietl tibb mərkəzi bildirir ki, hazırda respirator xəstəlikləri simptomları ilə 27 pasiyent və 25 əməkdaş nəzarət altındadır. Bəzilərində pnevmoniya aşkarlanıb. Bu səbəbdən onların  hamısı Covid-19 virusuna görə yoxlanılır. “Bu, aysberqin ancaq görünən tərəfidir, biz yeni yoluxma hallarının aşkarlanacağını gözləyirik”,-Sietl şəhərinin və Kinq inzibati dairəsinin nümayəndələri bildiriblər.

Hələlik yoluxma lokal xarakter daşıyır və Vaşinqton ştatının ərazisinə yayılmayıb. Lakin qubernator Cey İnsli bütün ştat ərazisində fövqəladə vəziyyət elan edilməsi haqda qərar verib. O, dövlət orqanlarına koronavirus epidemiyasına qarşı bütün resursları səfərbər etməyi tapşırıb.

Bu günə olan məlumata görə ABŞ ərazisində koronavirusa 71 yoluxma halı aşkarlanıb, onlardan 47-i Çinin Uhan şəhərindən və Diamond Prinsess kruiz gəmisindən evakuasiya olunanlardır.