0
Sunday 1 March 2020 - 19:58

"Tramp terrorçuları dəstəkləmək əvəzinə koronavirusla mübarizə aparsın"

Story Code : 847754
"Tramp terrorçuları dəstəkləmək əvəzinə koronavirusla mübarizə aparsın"
2020-ci il ABŞ prezident seçkilərinə namizədlərdən olan Tulsi Qabard ABŞ prezidenti Donald Trampın son zamanlarda terrorçu qrupları dəstəkləməsi ilə bağlı mövqelərini sərt şəkildə tənqid edib. Taliban terror qruplaşması ilə razılaşma əldə etdiyini bildirən Donald Trampın Suriyada Əl-Qaidəyə bağlı terror qruplaşmalarını himayə etməsi ABŞ-ın terrorçularla birgə fəaliyyət göstərdiyini bir daha sübuta yetirmiş oldu.
Prezidentliyə namizdə Tulsi Qabard da bu haqda Twitter hesabında yazıb: "Tramp Suriyada Rusiya ilə mübarizə apararaq Türkiyənin də himayə etdiyi Əl-Qaidə terrorçularını dəstəkləmək əvəzinə koronavirusa qarşı tədbir görsə daha yaxşı olar."
Tulsi Qabard bir neçə gün öncə də seçkilərə qatılma səbəbindən danışaraq bildirib ki, ABŞ Qərbi Asiyada hakimiyyətlərin dəyişdirilməsinə hesablanmış müharibələrə son qoymalı, ABŞ daxilindəki problemlərin həllinə çalışmalıdır.