QR CodeQR Code

Türkiyənin Suriyadakı mövcudiyyəti qeyri-qanunidir

IslamTimes , 1 Mar 2020 23:21

İslamTimes: Dimitri Peskov Rusiya beynəlxalq hüquq normalarını pozmadan, Suriya hakimiyyətinin də razılığı ilə Suriya torpaqlarında olan yeganə ölkədir


Sputnik xəbər agentliyinin verdiyi məlumata əsasən, Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın 5, 6 mart tarixində Moskvada bir araya gələcəyini bildirərək deyib: "Suriyanın İdlib şəhərində sabitliyin bərqərar olunması üçün Soçi razılaşmasına əməl olunmalıdır. Hər iki ölkə Soçi razılaşmasındakı öhdəliklərinə icra etməlidir."
Peskov əlavə edib ki, ABŞ və Türkiyəin Suriya torpaqlarındakı fəaliyyətləri qanunsuzdur. Rusiya beynəlxalq hüquq normalarını pozmadan, Suriya hakimiyyətinin də razılığı ilə Suriya torpaqlarında olan yeganə ölkədir.


Story Code: 847780

News Link :
https://www.islamtimes.org/az/news/847780/türkiyənin-suriyadakı-mövcudiyyəti-qeyri-qanunidir

Islam Times
  https://www.islamtimes.org