0
Monday 2 March 2020 - 02:37

"ABŞ-ın "Taliban"la razılaşması Vaşinqtonun təslim olması deməkdir"

Story Code : 847789
"ABŞ-ın "Taliban"la razılaşması Vaşinqtonun təslim olması deməkdir"
“ABŞ qoşunlarının illərlə Əfqanıstanda mövcudluğu sonda Vaşinqtonun kapitulyasiyası ilə (təslimolma) başa çatdı”.

APA “TASS”-a istinadən xəbər verir ki, bu fikirləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın “Taliban” hərəkatı ilə imzaladığı sazişin fonunda bildirib.

“19 illik rəzillik ABŞ-ın Əfqanıstanda kapitulyasiyası ilə bitdi”, - deyə Zərif özünün “Twitter” səhifəsində yazıb.

Nazir əlavə edib ki, analoji vəziyyət Suriya, İraq və Yəməndə də baş verib və ya baş verəcək. Zərifin sözlərinə görə, amerikalılar “Əfqanıstanda işğal həyata keçirməli deyildilər”.

“ABŞ regionu tərk edəcək, ancaq geridə böyük hərcmərclik buraxacaq”, - iranlı nazir belə deyib.