QR CodeQR Code

Merkel Ərdoğanın qərarını tənqid etdi

IslamTimes , 2 Mar 2020 22:45

İslamTimes: "Ərdoğan narazılıqlarını bildirmək üçün qaçqınlardan istifadə etməməlidir"


Reuters xəbər agentliyinin verdiyi məlumata əsasən, Almaniya kansleri Angela Merkel bazar ertəsi günü bildirib ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan narazılıqlarını bildirmək üçün qaçqınlardan istifadə etməməlidir.

Merkel əlavə edib: "Bunu yaxşı başa düşürəm ki, Türkiyənin mühacirlərlə bağlı böhranın öhdəsindən gələ bilməsi üçün Avropanın daha çox köməyinə ehtiyacı var. Amma hazırkı dönəmdə Ərdoğanın öz narazılıqlarını mühacirlərdən istifadə edərək ifadə etməsi düzgün deyil!"

Almaniya Kansleri bildirib ki, Avropa Birliyi Türkiyə ilə mühacirlərlə bağlı müzakirələrə başlamalıdır və rəsmi Berlin bu zəminədə Türkiyəyə yardım etməyə hazırdır.

Qeyd edək ki, Türkiyə ötən cümə günündən etibarən sərhəd qapılarını qaçqınlara açaraq, onların qanunsuz şəkildə Avropa ölkələrinə üz tutmasına icazə verib. 10 mindən çox mühacir Orta Şərq ölkələrindən, Əfqanıstandan özlərini Türkiyə sərhədlərinə çatdıraraq, Yunanıstan, Bolqarıstan kimi ölkələrə keçməyə çalışır.


Story Code: 848026

News Link :
https://www.islamtimes.org/az/news/848026/merkel-ərdoğanın-qərarını-tənqid-etdi

Islam Times
  https://www.islamtimes.org