0
Monday 2 March 2020 - 23:44

ABŞ Türkiyəyə hava hücümu dəstəyi verməyəcək

Story Code : 848027
ABŞ Türkiyəyə hava hücümu dəstəyi verməyəcək
Sputnik xəbər agentliyinin verdiyi məlumata əsasən, ABŞ Müdafiə naziri Mark Esper Vaşinqtonun Suriyanın İdlib bölgəsində Türkiyəyə hava hücumu dəstəyi verməyəcəyini söyləyib.

ABŞ müdafiə naziri jurnalistlərin suallarını cavablandırıb. O İdlib şəhərində 33 Türkiyə hərbçisinin həlak olmasından sonra ABŞ-ın Türkiyəyə humanitar yardımları artıra biləcəyini söyləyib.

Mark Esper ABŞ-ın Tükiyəyə hava hücumu dəstəyi ilə də kömək edəcəkmi sualına mənfi cavab verib. O bildirib ki, NATO baş katibi ilə İdlibdəki durumu müzakirə edib və NATO-nun bütün hadisələrə hazır olmalı olduğunu bildirib.

Türkiyənin qaçqınların Avropaya qeyri-qanuni şəkildə keçməsinə razılıq verməsinə toxunan Esper, bu məsələnin Ankaranın öz ixtiyarında olan bir qərar olduğunu dilə gətirib.

Qeyd edək ki, ABŞ-ın Türkiyəni İdlibdəki qarşıdurmaya daxil edərək, bu ölkəni Rusiya ilə baş-başa qoymağa çalışdığı bildirilir.
 
Source : IslamTimes