0
Tuesday 3 March 2020 - 10:23

Paşinyan Gürcüstana səfər edib

Story Code : 848091
Paşinyan Gürcüstana səfər edib
APA-nın yerli bürosunun xəbərinə görə, səfər çərçivəsində onun Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə təkbətək və çoxtərəfli formatda görüşü keçiriləcək.

N. Paşinyanın prezident Salome Zurabişvili və parlamentin sədri Arçil Talakvadze ilə də görüşləri planlaşdırılıb.

Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani bildirib ki, görüşlərdə tərəflər koronavirusa qarşı birgə mübarizə, regional təhlükəsizlik məsələləri, ticari-iqtisadi əlaqələr, enerji sahəsində əməkdaşlıq kimi məsələləri müzakirə edəcəklər.

Səfər martın 4-də başa çatacaq.