QR CodeQR Code

AB Türkiyə sərhədinə ordu yığır

3 Mar 2020 10:35

İslamTimes: Sərhəddə baş verən hadisələrin sürətlə irəliləyişini nəzərə alaraq Yunanıstanın müraciətini qəbul etdik.


Axar.az xəbər verir ki, bunu AB Sərhədlərinin Mühafizəsi Agentliyinin (“Frontex”) icraçı direktoru Fabris Leggeri deyib.
F.Leggeri “Frontex” sazişini imzalayan ölkələrə Yunanıstan sərhədində təhlükəsizliyi təmin etmək üçün çağırış edib:
“Avropa Birliyi ölkələrindən Yunanıstan sərhədinə 5 gün ərzində 1500 təhlükəsizlik əməkdaşı göndərməsini, 10 gün içində isə texniki avadanlıqla təmin etməsini tələb edirik”, - icraçı direktor bildirib.
Qeyd edək ki, Türkiyə 27 fevralda miqrantlar üçün Avropaya qapını açıb. İndiyə qədər artıq 150 minə yaxın miqrant ölkəni tərk edib.


Story Code: 848098

News Link :
https://www.islamtimes.org/az/news/848098/ab-türkiyə-sərhədinə-ordu-yığır

Islam Times
  https://www.islamtimes.org