0
Tuesday 3 March 2020 - 21:46

Suriya ordusu daha bir türk PUA-sını vurdu

Story Code : 848228
Suriya ordusu daha bir türk PUA-sını vurdu
SANA xəbər agentliyinin verdiyi məlumata əsasən Suriya hərbçiləri Türkiyəyə məxsus daha bir PUA-nı vurub.
PUA İdlib yaxınlığındakı Xan əl-Səbil bölgəsində vurulub.
Qeyd edək ki, Türkiyənin Maarrat al-Numan məntəqəsində Suriya qırıcısını vurmasından sonra Suriya ordusu Türkiyə pilotsuzunu hədəf alıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Bahar Qalxanı adlandırdığı əməliyyat çərçivəsində terrorçulara qarşı əməliyyat keçirən Suriya qırıcısını vurduğunu bildirib.
Suriya Silahlı Qüvvələri xarici qüvvələrin İdlibdəki silahlı qruplaşmaları dəstəkləməsinə baxmayaraq, terrorçuların son sığınacağı hesab edilən İdlibdə əməliyyatları davam etdirir. Hazırda Suriya ordusu İdlib vilayətindəki Afes məntəqəsində irəliləmələrini davam etdirir.
Source : IslamTimes