0
Tuesday 3 March 2020 - 23:09

Biz İsraili qanuni dövlət olaraq tanımırıq

Story Code : 848252
Biz İsraili qanuni dövlət olaraq tanımırıq
HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmail Haniyə Əl-Məyadin kanalına müsahibə verib. O Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü haqda da sualları cavablandırıb. İsmail Haniyə deyib: "Rusiyaya səfərimdə bu ölkə rəsmiləri ilə bir çox məsələlər haqda danışıqlarımız oldu. ABŞ-ın "Əsrin müqaviləsi" adlandırdığı plandan sonra Fələstində, o cümlədən bütün məntəqədə yaranan gərginliklərlə bağlı Rusiya XİN başçısı ilə müzakirə apardıq. Rusiya bir daha ABŞ-ın bu planının beynəlxalq hüquq normalarına zidd olduğunu xatırladaraq bu plana qarşı olduğunu açıq şəkildə bildirdi...

Biz özümüz də Fələstin torpaqlarının işğalçı İsrailə verilməsini nəzərdə tutan bu sövdələşməyə qarşı Fələstin daxilində müxtəlif tədbirlər görmüşük. Əsas məsələlərdən biri Fələstin daxilindəki müxtəlif partiya və qrupların birləşməsidir. HƏMAS bu yöndə böyük addımlar atıb."

HƏMAS-ın siyasi bürosunun rəhbəri əlavə edib: "Milli barışığa nail olmaq üçün 4 seçim var. Birincisi prezident, parlament və daha sonra Fələstin Milli Şurasına seçkilər keçirilməsidir. İkinci seçim budur ki, Fələstin Milli Şurası Ramallahdan kənarda, Beyrutda və ya digər bir paytaxtda toplansın. Üçünçü seçim müvəqqəti rəhbərliyin bütün qrupların baş katiblərinin iştirakı ilə təşkil edilməsidir. Sonuncu seçim isə, Qərb Sahili və Qəzza Zolağının işlərini idarə etmək üçün milli birlik hökumətini yaratmaqdır. "

İsmail Haniyə Fələstinin işğalçı İsrail rejimini heç zaman rəsmi olaraq tanımayacağını və "Əsrin müqaviləsi" planını heç zaman qəbul etməyəcəyini bildirib.
Source : IslamTimes