0
Tuesday 3 March 2020 - 23:41

Qərb Suriyadakı terrorçuları dəstəkləyir!

Story Code : 848256
Qərb Suriyadakı terrorçuları dəstəkləyir!
"Al Jazeera"-nin verdiyi məlumata əsasən, Rusiya Xarici İşlər naziri Sergey Lavrov finlandiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib: "Qərb Liviyadakı terrorçuların yanında olduğu kimi Suriyada da terrorçuları yalnız buraxmadı."

Lavrov əlavə edib: "Rusiya silahlı qüvvələri Suriyaya terrorçularla mübarizə üçün göndərib."

Rusiya prezidenti Vladimir Putinin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla mümkün görüşünə işarə edən Lavrov bu görüşdən sonra İdlibdəki gərginliyin azala biləcəyini istisna etməyib.

Lavrov deyib: "Qərb Müəmmər Qəzzafini devirmək üçün Liviyada silahlı qruplaşmaları dəstəkləyərək onlara yardım etdi. Eyni hadisələr Suriyada da baş verdi. Qərb bu dəfə Suriyanın qanuni hakimiyyətini devirmək üçün təkfirçi terroristlərə yardım etdi. Bundan sonra Rusiya Suriyada terrorçuların fəaliyyətini dayandırmaq üçün silahlı qüvvələrini bu ölkəyə göndərmək məburiyyətində qaldı."
 
Source : IslamTimes