QR CodeQR Code

ABŞ-ın "Lockheed Martin" şirkəti Türkiyəni "F-35" proqramı materiallarından kənarlaşdırıb

4 Mar 2020 01:01

İslamTimes: ABŞ-ın müdafiə korporasiyası “Lockheed Martin” rəsmi materiallarında Türkiyəni beşinci nəsil “F-35 Lightning II” bombardmançı qırıcıların yaradılması proqramından kənarlaşdırıb.


APA “TASS”-a istinadən xəbər verir ki, müvafiq məlumatlar “Lockheed Martin” tərəfindən yayımlanan proqramın rəsmi infoqrafiyasında yer alıb.

Fevralın 3-dən əvvəlki infoqrafiyada “F-35” proqramının yaradıcıları və iştirakçı ölkələrinin siyahısında Türkiyənin də adı var idi və 100 ədəd “F-35A” sifariş verəcəyi təxmin edilirdi.

“Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi 17 iyul 2019-cu ildə Türkiyənin “F-35” proqramında iştirakını dayandırmaq niyyətində olduğunu bildirdi. “Lockheed Martin” ölkənin müdafiə qurumunun qərarını dəstəkləyəcək”, - deyə infoqrafik şərhdə qeyd olunub.

Sənədin hazırkı versiyasında “F-35” proqramına qoşulan ölkələr arasında Türkiyə haqqında heç bir söz yoxdur.

Türkiyənin həmin layihədən tamamilə çıxarılması barədə bu günədək nə Pentaqon, nə də “Lockheed Martin” rəsmi açıqlama verib.


Story Code: 848257

News Link :
https://www.islamtimes.org/az/news/848257/abş-ın-lockheed-martin-şirkəti-türkiyəni-f-35-proqramı-materiallarından-kənarlaşdırıb

Islam Times
  https://www.islamtimes.org