0
Wednesday 4 March 2020 - 21:48

Əsəd: Türkiyənin Suriya ilə ixtilafları məntiqsizdir

Story Code : 848447
Əsəd: Türkiyənin Suriya ilə ixtilafları məntiqsizdir
Suriyanın Türkiyəyə hücum etmədiyini təkidlə vurğulayan Bəşar Əsəd bildirib ki, Suriya rəsmi Ankaraya qarşı düşmənçilik etməyib. İki ölkə arasındakı müştərək mənafelər olduğunu xatırladıb.

Suriya prezidenti Rusiya kanalı ilə müsahibəsi zamanı deyib: "Çox sayda Suriya və Türkiyə vətəndaşı bir-biri ilə ailə qurub. İki xalq arasında bu nikahlar vasitəsi ilə sıx əlaqələr yaranıb. Tarix boyu iki ölkə əhalisi arasında mədəniyyət bağları, qarşılıqlı əlaqələrimiz olub. Bu gün ölkələrimiz arasında ciddi fikir ayrılıqlarının olması məntiqsizdir."

Qeyd edək ki, Suriya prezidentinin müsahibəsi Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Moskvada baş tutacaq görüşündən bir gün əvvəl baş tutub. Bazar ertəsi günü Türkiyə prezidenti Ərdoğan bildirdi ki, Rusiya prezidenti Putin ilə görüşündə atəşkəs əldə ediləcəyinə ümid edir.
Source : IslamTimes