0
Wednesday 4 March 2020 - 23:56

Rusiya Suriyada hərbi qüvvələrini sürətlə gücləndirir

Story Code : 848462
Rusiya Suriyada hərbi qüvvələrini sürətlə gücləndirir
"Reuters" xəbər agentliyinin verdiyi məlumata əsasən, rəsmi Moskva Putin və Ərdoğan arasındakı görüşdən öncə Suriyada qüvvələrini sürətlə gücləndirməyə başlayıb. Bu zəmində Rusiya Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri Suriyaya yola düşüb.

34 Türkiyə hərbçisinin Suriyada həlak olmasından sonra Rusiya Suriyadakı hərbi qüvvələrinin sayını artırmağa başlayıb. Ərdoğanla görüş öncəsi Rusiya prezidenti bu prosesi daha da sürətləndirib.

Qeyd edək ki, İdlib şəhərində gərginliyin artmasından sonra sabah Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Vladimir Putin bir araya gələcək. Ərdoğan bu görüşdən sonra İdlibdə atəşkəs bərqərar olacağına ümid etdiyini bildirib. Bundan əlavə Suriya prezidenti Bəşar Əsəd bildirib ki, rəsmi Dəməşq heç zaman Türkiyəyə hücum etməyib və iki ölkə arasında yaranan gərginliklər məntiqsizdir. O Türkiyə və Suriya arasındakı tarix boyu dostluq münasibətləri olduğunu bildirərək bu gərginliyə son veriləcəyinə ümid etdiyini dilə gətirib.
Source : IslamTimes