QR CodeQR Code

İraq XİN: İŞİD ailəsindən olan 82 uşaq Azərbaycana göndərilib

5 Mar 2020 14:05

İslamTimes: İraqda qalan 82 azərbaycanlı uşaq Azərbaycana göndərilib.


APA-nın xəbərinə görə, bu barədə İraq Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əl-Sahaf bildirib.

“İŞİD terror təşkilatına qoşulduğu üçün İraq məhkəmə orqanları tərəfindən həbs cəzasına məhkum edilmiş anaları ilə birlikdə qalan 82 uşaq Azərbaycan Respublikasına deportasiya edilib”, - deyə Əhməd Əl-Sahaf vurğulayıb.

İraq XİN rəsmisi qeyd edib ki, bununla da İraqdan deportasiya edilmiş müxtəlif millətlərdən olan uşaqların sayı 828-ə çatıb.

Xatırladaq ki, Azərbaycanın müvafiq İşçi Komissiyası tərəfindən ötən illər ərzində İraq və Suriyada olan azərbaycanlı uşaqlar ölkəyə gətirilib.


Story Code: 848563

News Link :
https://www.islamtimes.org/az/news/848563/iraq-xin-işid-ailəsindən-olan-82-uşaq-azərbaycana-göndərilib

Islam Times
  https://www.islamtimes.org