0
Thursday 5 March 2020 - 15:25

Sionist rejim həbsxanalarında 6000-ə yaxın fələstinli var

Story Code : 848571
Sionist rejim həbsxanalarında 6000-ə yaxın fələstinli var
Sionist rejimin Qərb Şəriyənin müxtəlif ərazilərində basqınları davam edir. Sionist qüvvələr Qərb Şəriyənin müxtəlif ərazilərində keçirilən reydlər zamanı azad edilmiş bir neçə fələstinli məhbusa basqın edib. Sionist hərbçiləri Ramallahdakı Əl-Jelson düşərgəsinə basqın edərək, Fələstin İslami Müqavimət Hərəkatının üzvlərini həbs edib.

Nahale keçən ilin iyulunda 19 ay həbsxanada qaldıqdan sonra sərbəst buraxılmışdır. Hərəkatın digər üzvü Saad Abdul Bahai, Ramallahın qərbindəki Bitoniya şəhərindəki evində həbs edilmiş, 20 ay həbsdən sonra 2018-ci ildə sərbəst buraxılmışdır, lakin 2019-cu ildə yenidən həbs edilərək, 10 ay müddətində həbsxanada saxlanılmışdır. Sionistlər hər gün Fələstin ərazilərinə hücum edərək, işğalçı tədbirləri ilə Fələstin ərazilərini ələ keçirməyə can atır, bu arada fələstinliləri saxta ittihamlarla həbs edilərək həbsxanalara atılır. Qeyd edək ki, hal-hazırda İsrail rejiminin həbsxanalarında 62 qadın və 300 azyaşlı olmaqla 6000-ə yaxın fələstinli saxlanılır. /Deyerler/