QR CodeQR Code

HƏMAS lideri şəhid Qasım Süleymani haqqında bilinməyən faktları danışdı

Deyerler , 6 Mar 2020 16:04

İslamtimes - HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Əl-Məyadin televiziyasına müsahibə verərək, regional proseslərə dair qiymətləndirmələr edib.



Deyerler.org xəbər verir ki, İranın Qüds Korpusunun komandiri şəhid general-leytenant Qasım Süleymaninin cənazəsinə qatılmasını tənqid edənlərə cavab verən Haniyə, belə deyib: “HƏMAS-İran əlaqələri stratejidir. Şəhid Qasım Süleymani də Qəssam briqadalarının, Fələstin müqavimətinin dəstəklənməsində mərkəzi bir rola malikdir. Burada qəribə olan cənazəyə qatılmamaq və başsağlığı verməməkdir”.
 
HƏMAS-ın siyasi bürosunun rəhbəri İdlibdə və ya Suriyadakı başqa bir bölgədə HƏMAS-ın döyüşçülərinin olmasını tamamilə inkar edib.
 
Haniyə bu gün Suriya torpaqlarında hər hansı bir Türkiyə-Rusiya-İran qarşıdurmasının heç kimin marağında olmayacağını söyləyərək, hərəkatın Suriya dövlətinin öz ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb.
 
Haniyə Suriyanın Fələstin üçün bir strateji bir dərinliyi təmsil etdiyini, hökuməti və xalqının illərdir HƏMAS liderlərinə qucaq açdığını xatırladıb.
 
O, İdlibdə və ya Suriyadakı hər hansı bir bölgədə HƏMAS döyüşçülərinin olmasını tamamilə rədd edərək, bölgədəki qarşıdurmanın Fələstin işinin xeyrinə olmadığını qeyd edib.
 
Haniyə Rusiyanın paytaxtı Moskvada beynəlxalq və yerli media ilə görüşündə, HƏMAS-ın üçüncü İsrail rejimi seçkilərinin nəticələrini saymadığını, “İsrail rejiminin cəmiyyətinin həddindən artıq sağa meyl etdiyini” bildirib: “İki böyük blok arasında bir az fərqlə ortaq siyasi məxrəclər var. Seçkinin nəticələri bizi təəccübləndirən yeni bir şey olmadığını təsdiqləyir, çünki sionist ideologiyası ilə Fələstin xalqına qarşı qətiamlar törədən generalların rəhbərlik etdiyi İsrail rejiminin ordusu arasında rəqabət gedirdi”.
 


Story Code: 848755

News Link :
https://www.islamtimes.org/az/news/848755/həmas-lideri-şəhid-qasım-süleymani-haqqında-bilinməyən-faktları-danışdı

Islam Times
  https://www.islamtimes.org