0
Friday 6 March 2020 - 16:44

Ayətullah Xamenei: Hindistandakı müsəlmanların qətliamı dayandırılmalıdır

Story Code : 848759
Ayətullah Xamenei: Hindistandakı müsəlmanların qətliamı dayandırılmalıdır
Ayətullah Xamenei: Hindistandakı müsəlmanların qətliamı dayandırılmalıdır

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının  Rəhbərinin Əsərlərinin Qorunması və Yayılması Ofisinin informasiya saytının tvitter hesabının məlumatına görə, Ayətullah Xamenei bildirib ki, dünya müsəlmanlarının ürəkləri Hindistanda müsəlmanların qırğın edilmələrindən narahatdır.
"Hindistan hökuməti ekstremist hindular və onlara tərəfdar partiyalar qarşısında dayanmalı və müsəlmanların qırğın edilmələrini dayandıraraq, özünün İslam Dünyasında təcrid olunmasının qarşısını almalıdır.", -deyə o qeyd edib.
Hindistan vətəndaşlığı qanununa düzəliş 2019-cu il dekabrın 11-də qəbul olunub. Bu qanuna görə, 2015-ci ildən öncə mötəbər sənədləri olmadan Banqladeş, Əfqanıstan və Pakistandan bu ölkəyə daxil olmuş miqrantlar Hindistan vətəndaşlığını ala bilərlər, amma bu qanun müsəlmanlara şamil olmur.
Qeyd edək ki, bəzi ekstremist dəstələr Yeni-Dehlinin şimal-şərqində məscidləri dağıdıb və müsəlman məhəllələri benzin bombaları ilə hədəfə alıblar.
Hind rəsmilər tərəfindən elan olunmuş statistikalara görə, ötən bir həftə ərzindəki toqquşmalarda 46 nəfər ölüb, 300-dən çox insan da yaralanıb.
 
Source : islamazeri
Comment