QR CodeQR Code

Putin Bəşər Əsədi Ərdoğanla əldə edilən razılaşmalar barədə məlumatlandırıb

7 Mar 2020 00:32

İslamTimes: Rusiya Prezidenti Vladimir Putin telefon danışığında Suriya lideri Bəşər Əsədi İdlibdəki vəziyyətlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların nəticəsi barədə məlumatlandırıb. 


APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib. 

Qeyd olunub ki, Əsəd tərəflər arasında əldə olunan razılaşmanı yüksək qiymətləndirərək Rusiya prezidentinə terrorçularla mübarizədə verdiyi dəstəyə və Suriyanın suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi istiqamətində göstərdiyi səylərə görə minnətdarlığını bildirib.


Story Code: 848856

News Link :
https://www.islamtimes.org/az/news/848856/putin-bəşər-əsədi-ərdoğanla-əldə-edilən-razılaşmalar-barədə-məlumatlandırıb

Islam Times
  https://www.islamtimes.org