QR CodeQR Code

ABŞ Konqresi prezidentdən Kaşıqçının qətli ilə bağlı məlumat tələb edir

7 Mar 2020 01:03

İslamTimes: ABŞ Konqresi Trampdan Səudiyyə rejiminin tanınmış jurnalist-tənqidçisi Camal Kaşıqçının öldürülməsi ilə bağlı gizli məlumatları açıqlamasını tələb edir.


CNN-in verdiyi məlumata görə, Senatının Kəşfiyyat Komitəsinin rəhbəri Respublikaçı Riçard Burr və Demokrat komitəsinin böyük üzvü Mark Varner ABŞ-ın fəaliyyət göstərən Milli Kəşfiyyatına məktub göndərərək, Səudiyyə rejiminin məşhur tənqidçisi Camal Kaşıqçının qətli və mövcud gizli məlumatların verilməsini tələb edib.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Riçard Burr və Mark Varner bu məktubda ABŞ hökumətindən Kaşıqçının öldürülməsi ilə bağlı hesabatın yayımlanmasını tələb edir. Bu məktub, Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin rəhbəri Adam Şiffin Tarmp hökumətinə Camal Kaşıqçının öldürülməsi ilə əlaqədar ABŞ xüsusi xidmət orqanlarını ifşa etməsi üçün artan təzyiqdən bir həftə sonra göndərilib. Kaşıqçının Səudiyyə rejiminin İstanbuldakı Baş Konsulluğunda öldürülməsindən təxminən bir il yarım sonra, ABŞ hökuməti bu qətllə əlaqədar ABŞ xüsusi xidmət orqanlarının məlumatlarını ciddi məxfilikdə saxlamağa davam edir. Bu da öz növbəsində Senat və Nümayəndələr Palatası Kəşfiyyat Komitəsi rəhbərlərinin Tramp hökumətinə təzyiqlərinə səbəb olub.


Story Code: 848859

News Link :
https://www.islamtimes.org/az/news/848859/abş-konqresi-prezidentdən-kaşıqçının-qətli-ilə-bağlı-məlumat-tələb-edir

Islam Times
  https://www.islamtimes.org