QR CodeQR Code

Koronavirusa yoluxan ilk rusiyalı sağaldı

7 Mar 2020 01:35

İslamTimes: İtaliyadan döndükdən sonra “COVİD-19” virusu aşkarlanan və buna görə infeksiyaya yoluxan ilk rusiyalı olaraq bilinən David Berov artıq sağalıb.


Musavat.com xarici agenltiklərə isitnadən xəbər verir ki, onun tezliklə xəstəxanadan buraxılacağı gözlənilir. Bununla bağlı məlumat Moskva merinin sosial məsələlər üzrə müavini Anastasiya Rakova tərəfindən yayılıb.

“Artıq birinci xəstəmiz sağalıb. Biz buna görə bir neçə dəfə analiz götürmüşük və təhlillər Belovda heç bir infeksiyanın olmadığını müəyyən edib”,-deyə A.Rakova jurnalistlərə bildirib.

David Berov İtaliyadan Moskvaya martın 1-də, yoluxma halı ilə geri dönüb. Ona ilk diaqnoz Moskvanın 1 saylı infeksiya xəstəxanasında qoyulub və xəbər Rusiya istehlakçılarının hüquqlarının müdafiəsi üzrə federal xidməti (Rospotrebnadzor olaraq tanınır-red.) tərəfindən təsdiqlənib. Daha sonra Belovun analizləri Novosibirskdə yerləşən “Vektor” mərkəzinə göndərilib.

Qeyd etmək lazımdır ki, bu gün Rusiyada sutka ərzində 6 koronavirusla yoluxma hadisəsi müəyyən edilib. Onlardan beşi Moskvada, biri isə Nijni-Novqorodda aşkarlanıb. Bütün yoluxmaların İtaliya mənşəli olduğu üzə çıxıb. Belə ki, onların hamısının son iki həftədə Appenin yarımadasını ziyarət etdiyi bilinib.



 


Story Code: 848860

News Link :
https://www.islamtimes.org/az/news/848860/koronavirusa-yoluxan-ilk-rusiyalı-sağaldı

Islam Times
  https://www.islamtimes.org