0
Saturday 7 March 2020 - 09:57

Çində koronavirusa yoluxanların və ölənlərin sayı azalır

Story Code : 848894
Çində koronavirusa yoluxanların və ölənlərin sayı azalır
“Report” Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində 99 yoluxma, 28 ölüm faktı qeydə alınıb.

1 678 nəfər sağalaraq xəstəxananı tərk edib. Ümumilikdə isə 55 400 nəfər sağalıb.

Eyni zamanda, Çinin 31 bölgəsinin əksəriyyətində bir neçə gündür yeni yoluxma halları qeydə alınmayıb.

Yenilənmiş məlumatlara görə, Çində koronavirusdan rəsmi ölüm nisbəti 3,77 faizdən 3,8 faizə düşüb.

Qeyd edək ki, koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxmuş insanların ümumi sayı 98 192 nəfərdir.