QR CodeQR Code

SON DƏQİQƏ: şahzadədən əmisi ilə bağlı inanılmaz qərar

7 Mar 2020 10:56

İslamTimes: Səudiyyə Ərəbistanı şahzadələri Əhməd ibn Əbdüləziz və Məhəmməd ibn Naif dünən səhər saatlarında həbs olunub.


Publika.az xəbər verir ki, bu barədə “Vall Strit Jurnal” qəzeti informasiya yayıb.

Bildirilib ki, vəliəhd şahzadə Məhəmməd ibn Salmanın əmri ilə şahzadələrin evinə basqın təşkil olunub və onlar krallıq məhkəməsinin mühafizəçiləri tərəfindən saxlanılıblar. Hadisə şahidlərinin sözlərinə görə, mühafizəçilər maskalı və qara geyimli olub.

Şahzadələr dövlətə xəyanət və korrupsiyada ittiham olunur.

Jurnal vəliəhd şahzadənin 84 yaşlı Səudiyyə kralı Salmanın qocalığından istifadə edərək mövqeyini gücləndirmək üçün bütün üsullardan istifadə etdiyini yazıb.

Qeyd edək ki, şahzadə Əhməd qardaşı oğlu Məhəmmədin vəzifəyə gəlməsindən sonra siyasətdən uzaqlaşsa da, 2018-ci ildə Londonda krallığa qarşı verdiyi açıqlamalardan sonra ölkəsinə çağırılmışdı. Şahzadə o gündən bəri səssizliyini qoruyurdu.


Story Code: 848939

News Link :
https://www.islamtimes.org/az/news/848939/son-dəqiqə-şahzadədən-əmisi-ilə-bağlı-inanılmaz-qərar

Islam Times
  https://www.islamtimes.org