0
Saturday 7 March 2020 - 11:31

ABŞ şeytan sifətini nümayiş etdirdi

Story Code : 848947
ABŞ şeytan sifətini nümayiş etdirdi
ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Ceyms Ceffri iddia edib ki, İdlibdə 34 türk əsgərinin həyatını itirdiyi əməliyyatı Rusiya həyata keçirib.

Suriyanın şimal qərbində yerləşən İdlib şəhərindəki son hadisələri qiymətləndirən C.Ceffri barışıq üçün ABŞ-ın bütün təkliflərini Rusiyanın rədd etdiyini qeyd edib. O iddia edib ki, ABŞ atəşkəsin həqiqi və daimi olmasını istəyir. 

ABŞ nümayəndəsi Suriyada silahlıların əlindəki əraziləri əvvəllər Suriya ordusunun Rusiyanın köməyi ilə aldığını, lakin İdlibdə hadisələrin fərqli məcrada cərəyan edəcəyini bildirib: “Rusların və Əsədin İdlibdə qalib gələcəyini düşünmürəm. Çünki türklər 3 milyon qaçqına 4 milyonun da əlavə olunmasını gözə ala bilməzlər. Belə bir ehtimal olsa, Türkiyə miqrant probleminin altından çıxa bilməz. Bu səbəblə də hücumları dayandırmaq üçün Türkiyə hərbi gücünü əhəmiyyətli ölçüdə istifadə edəcək”.

Bundan əlavə, ABŞ nümayəndəsi bölgədə Türkiyə və Rusiyanın qarşı-qarşıya gəlməsinin ciddi gərginlik yaradacağını vurğulayıb.