QR CodeQR Code

Qriffits: Yəməndə dərhal atəşkəs elan olunmalıdır

IslamTimes , 7 Mar 2020 22:57

İslamTimes: BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Yəməndə təcili şəkildə atəşkəs elan edilməli olduğunu bildirib.


"Əl-Məyadin" şəbəkəsinin verdiyi məlumata əsasən, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits Yəməndə hərbi əməliyyatların dərhal və qeyd-şərtsiz dayandırılmasını tələb edib. O Yəməndə kritik bir vəziyyət olduğunu vurğulayıb.

Qriffits deyib: "Bu dəvətimizə Yəməndə mübarizə aparan tərəflər müsbət cavab versə də biz onların əməldə də verdiyi vədləri yerinə yetirməsini gözləyirik."

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri tez-tez Yəmənə hücum edərək qətliamlar törədir. Yəmənin Ənsarullah Müqavimət Hərəkatı Yəmən ordusu ilə birlikdə Ali-Səud rejiminin bu işğalçı siyasətinə qarşı mübarizə aparır.


Story Code: 849078

News Link :
https://www.islamtimes.org/az/news/849078/qriffits-yəməndə-dərhal-atəşkəs-elan-olunmalıdır

Islam Times
  https://www.islamtimes.org