0
Saturday 7 March 2020 - 22:57

Qriffits: Yəməndə dərhal atəşkəs elan olunmalıdır

Story Code : 849078
Qriffits: Yəməndə dərhal atəşkəs elan olunmalıdır
"Əl-Məyadin" şəbəkəsinin verdiyi məlumata əsasən, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits Yəməndə hərbi əməliyyatların dərhal və qeyd-şərtsiz dayandırılmasını tələb edib. O Yəməndə kritik bir vəziyyət olduğunu vurğulayıb.

Qriffits deyib: "Bu dəvətimizə Yəməndə mübarizə aparan tərəflər müsbət cavab versə də biz onların əməldə də verdiyi vədləri yerinə yetirməsini gözləyirik."

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri tez-tez Yəmənə hücum edərək qətliamlar törədir. Yəmənin Ənsarullah Müqavimət Hərəkatı Yəmən ordusu ilə birlikdə Ali-Səud rejiminin bu işğalçı siyasətinə qarşı mübarizə aparır.
Source : IslamTimes