0
Saturday 7 March 2020 - 23:42

Amerikada həyəcan təbili çalındı

Story Code : 849081
Amerikada həyəcan təbili çalındı
NBC kanalının verdiyi məlumata əsasən, ABŞ ştatlarının yarıdan çoxu artıq koronavirusa aludə olub. Ötən gün ABŞ-da 28 ştat rəsmisi nümayəndəsi olduqları ştata koronovirusun nüfuz etdiyini təsdiqləyib.

Artıq ABŞ-da 409 nəfərin koronavirusa yoluxduğu, 10 nəfərin isə bu virusun qurbanı olduğu rəsmi şəkildə təsdiqlənib. Həyatını itirənlərin çoxu Vaşinqtonda yaşayan virus daşıyıcıları olub.

Qeyd edək ki, ABŞ-ın Diamond Princess gəmisi də Kaliforniya sahilində koronavirus təhlükəsi səbəbindən karantinə alınıb. Gəmidə 21 amerikalının virus daşıyıcısı olduğu bildirilir. Daha öncə bu gəmidə ümumilikdə 696 nəfərin virusa yoluxduğu xəbər verilmişdi.
Source : IslamTimes