QR CodeQR Code

Amerikada həyəcan təbili çalındı

IslamTimes , 7 Mar 2020 23:42

İslamTimes: ABŞ ştatlarının yarıdan çoxu koronavirusa aludə olub


NBC kanalının verdiyi məlumata əsasən, ABŞ ştatlarının yarıdan çoxu artıq koronavirusa aludə olub. Ötən gün ABŞ-da 28 ştat rəsmisi nümayəndəsi olduqları ştata koronovirusun nüfuz etdiyini təsdiqləyib.

Artıq ABŞ-da 409 nəfərin koronavirusa yoluxduğu, 10 nəfərin isə bu virusun qurbanı olduğu rəsmi şəkildə təsdiqlənib. Həyatını itirənlərin çoxu Vaşinqtonda yaşayan virus daşıyıcıları olub.

Qeyd edək ki, ABŞ-ın Diamond Princess gəmisi də Kaliforniya sahilində koronavirus təhlükəsi səbəbindən karantinə alınıb. Gəmidə 21 amerikalının virus daşıyıcısı olduğu bildirilir. Daha öncə bu gəmidə ümumilikdə 696 nəfərin virusa yoluxduğu xəbər verilmişdi.


Story Code: 849081

News Link :
https://www.islamtimes.org/az/news/849081/amerikada-həyəcan-təbili-çalındı

Islam Times
  https://www.islamtimes.org