0
Sunday 8 March 2020 - 09:32

Səudiyyə Ərəbistanı BMT-yə verdiyi sözə əməl etmədi

Story Code : 849122
Səudiyyə Ərəbistanı BMT-yə verdiyi sözə əməl etmədi
Əl-Məsirə xəbər agentliyinin verdiyi məlumata əsasən, Səudiyyə Ərəbistanının rəhbərliyi ilə qətliamlar törədən koalisiya qüvvələri bir daha Yəmənə hücum edib. Əl-Hədidə əyalətindəki şəhərləri, o cümlədən Əl-Səlif liman şəhərini bombalayan işğalçı Səudiyyə koalisiyası qırıcıları bir daha sübut edib ki, Ali Səud rejimi hətta BMT kimi beynəlxalq təşkilatlara belə verdiyi vədlərə əməl etmir.

Səudiyyə koalisiyasının bu hücumu İsveç razılaşmasının da açıq şəkildə pozulmasıdır. Koalisiya qırıcıları ağılını itirmiş kimi, xüsusi amansızlıqla Əl-Hədidə əyalətindəki şəhərləri bombalayıb.

Qeyd edək ki, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits Yəməndə vəziyyətin kritik olduğunu bildirərək, təcili şəkildə atəşkəs elan olunmasını istəmişdi. Qriffits Səudiyyə Ərəbistanının bu istəyi yerinə yetirəcəyini söz verdiyini vurğulamışdı.
Source : IslamTimes