QR CodeQR Code

Trampın qatıldığı tədbirdə koronavirus şoku

8 Mar 2020 11:24

İslamTimes: ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin Merilend ştatında qatıldığı toplantıda koronavirus təşvişi yaşanıb.


Teleqraf.com xəbər verir ki, tədbir iştirakçılarından birində Covid -19 yeni növ koronavirus aşkarlanıb.

Həmin şəxsin Tramp və Penslə təmas qurmadığı açıqlanıb. Fevralın 29-da baş tutan tədbirin təşkilatçısı ABŞ Mühafizəkarlar Birliyi Tramp admisitrasiyasının vəziyyətdən xəbərdar olduğunu açıqlayıb.

Ağ Evin sözçüsü Stefani Qrişam Trampın ailəsi və Ağ Ev üçün koronavirusla mübarizə tədbirlərinin görüldüyünü, ölkə başçısı və vitse-prezidentin koronavirusa yoluxan şəxslə görüşmədiklərini bəyan edib.


Story Code: 849127

News Link :
https://www.islamtimes.org/az/news/849127/trampın-qatıldığı-tədbirdə-koronavirus-şoku

Islam Times
  https://www.islamtimes.org