0
Sunday 8 March 2020 - 11:24

Trampın qatıldığı tədbirdə koronavirus şoku

Story Code : 849127
Trampın qatıldığı tədbirdə koronavirus şoku
Teleqraf.com xəbər verir ki, tədbir iştirakçılarından birində Covid -19 yeni növ koronavirus aşkarlanıb.

Həmin şəxsin Tramp və Penslə təmas qurmadığı açıqlanıb. Fevralın 29-da baş tutan tədbirin təşkilatçısı ABŞ Mühafizəkarlar Birliyi Tramp admisitrasiyasının vəziyyətdən xəbərdar olduğunu açıqlayıb.

Ağ Evin sözçüsü Stefani Qrişam Trampın ailəsi və Ağ Ev üçün koronavirusla mübarizə tədbirlərinin görüldüyünü, ölkə başçısı və vitse-prezidentin koronavirusa yoluxan şəxslə görüşmədiklərini bəyan edib.