QR CodeQR Code

1200-dən çox sionist hərbçisi koronavirus qorxusu ilə karantinə alındı

IslamTimes , 8 Mar 2020 12:48

İslamTimes: Sionist rejim ordusu Kovid 19 virusuna yoluxma ehtimalına görə 1262 hərbçisini karantinə aldı


Yerusəlim Post qəzetinin verdiyi məlumata görə, işğalçı İsrail rejimi ordusunun sözçüsü 1262 hərbçinin koronavirusa yoluxma ehtimalı ilə 14 gün karantində olacağını bildirib.

Karantinə alınan hərbçilərin əksəriyyəti tətil üçün yollandığı xarici ölkələrdən qayıtdıqdan sonra bəziləri isə elə işğal olunmuş Fələstin daxilində virusa yoluxub.

Sionist rejim ordu rəhbərliyi hərbçilərinə müəyyən edilmiş ərazini tərk etməyi qadağan edib, həmçinin xarici ölkə ordusu ilə birgə hərbi təlimlər koronavirusun daha geniş yayılmaması səbəbindən ləğv edilib.

İsrailin Kanal 12 televiziya şəbəkəsi işğal olunmuş Fələstin torpaqlarında karantinə alınan şəxslərin sayının 80 mini ötdüyünü bildirib.


Story Code: 849140

News Link :
https://www.islamtimes.org/az/news/849140/1200-dən-çox-sionist-hərbçisi-koronavirus-qorxusu-ilə-karantinə-alındı

Islam Times
  https://www.islamtimes.org