0
Sunday 8 March 2020 - 13:41

Səudiyyə Ərəbistanında şahzadələrə həbs şoku

Story Code : 849144
Səudiyyə Ərəbistanında şahzadələrə həbs şoku
"Middle East Eye" xəbər portalının yaydığı məlumatda 20-dən çox şahzadənin Salmana qarşı çevrilişə cəhd etdiyi üçün saxlanıldığı bildirilir.

İddialara görə, saxlanılan şəxslər çevrilişə cəhd üçün amerikalılar da olmaqla xarici kəşfiyyatla işbirliyində təqsirləndirilir. Həbs qərarı barədə əmrin altında kral Salmanın adının olduğu bildirilir.

Qeyd edək ki, ötən gün vəliəhd şahzadənin əmisi Əhməd bin Əbdüləzizi həbs etdiyi barədə məlumat yayılmışdı.

Rejim müxalifləri çevriliş ittihamının bəhanə olduğunu bildirir. Onlar iddia edir ki, Səudiyyə kralı ölüm ayağında olduğundan şahzadə Salman rəqiblərini "zərərsizləşdirmək"lə məşğuldur.