QR CodeQR Code

İtaliya koronavirusdan ölümə görə dünyada birinci oldu

9 Mar 2020 01:03

İslamTimes: İtaliya koronavirusdan ölüm nisbətinə görə dünyada birinci yerə yüksəlib. Belə ki, ölkədə virusa yoluxan hər 20-ci şəxs dünyasını dəyişib.


Bu barədə RİA Novosti-nin hazırladığı statistik xülasədə qeyd olunub.

Bazar günü ( 8 mart – red.) İtaliyada koronavirusdan ölənlərin sayı kəskin şəkildə artıb - 366 nəfər (yoluxmuş 7 300 nəfərdən 4.96%-i).

Koronavirusdan ən aşağı ölüm nisbəti Cənubi Koreyadadır. Burada yoluxanların 0.68% -i dünyasını dəyişib.

"Report" xatırladır ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100-dən çox ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.


Story Code: 849227

News Link :
https://www.islamtimes.org/az/news/849227/italiya-koronavirusdan-ölümə-görə-dünyada-birinci-oldu

Islam Times
  https://www.islamtimes.org