QR CodeQR Code

UEFA avrokubok oyunları öncəsi əllə görüşməyi qadağan etdi

9 Mar 2020 11:14

İslamTimes: UEFA koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti qərar qəbul edib.


"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, futbolçulara avrokubok oyunları öncəsi əllə görüşmək qadağan olunub. Bu addım Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə atılıb.

Qeyd edək ki, qitə futbol qurumu daha əvvəl Çempionlar Liqasının 1/8 final mərhələsində "Valensiya" (İspaniya) - "Atalanta" (İtaliya), həmçinin Avropa Liqasının 1/16 finalının "Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə) matçlarının azarkeşsiz keçiriləcəyini açıqlayıb. Bundan başqa, ÇL-də 1/8 finalın PSJ (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) oyununa da azarkeşlərin buraxılmayacağı gözlənilir.

 


Story Code: 849279

News Link :
https://www.islamtimes.org/az/news/849279/uefa-avrokubok-oyunları-öncəsi-əllə-görüşməyi-qadağan-etdi

Islam Times
  https://www.islamtimes.org