0
Monday 9 March 2020 - 11:32

Cənubi Koreya və ABŞ-da koronavirusa yoluxanların sayı artdı

Story Code : 849280
Cənubi Koreya və ABŞ-da koronavirusa yoluxanların sayı artdı
“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəz bildirib.
Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 382 nəfərə qədər artıb, ölənlərin sayı isə 51 nəfərə çatıb.
Qeyd edilir ki, 166 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Məlumata görə, hazırda daha 17 458 nəfərin analizi aparılır.

ABŞ-da isə yeni növ koronavirusa yoluxanların ümumi sayı 500 nəfərə çatıb. Dünyasını dəyişənlərin sayı isə 21 nəfərdir.
Artıq ABŞ-ın Oreqon ştatının qubernatoru Keyt Braun yeni növ koronovirusun yayılması ilə bağlı ştatda fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.
Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100-dən çox ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Tagged
korona