0
Tuesday 10 March 2020 - 00:01

Hacı İlham Əliyevin hüquqlarını Müdafiə Komitəsi ilk toplantısını keçirdi - FOTOLAR

Story Code : 849402
Hacı İlham Əliyevin hüquqlarını Müdafiə Komitəsi ilk toplantısını keçirdi - FOTOLAR
Maide.Az xəbər verir ki, partiyadan “İslaminSesi” nə daxil olan məlumata görə, ötən həftə təsis edilən Müdafiə Komitəsi bu gün Hacı İlhamın həbsi ilə bağlı ilk toplantısını keçirib. Toplantıda Azərbaycanın tanınmış ruhani alimləri, din xadimləri, eləcə də təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 
Toplantını giriş sözü ilə açan AİP funksioneri Akif Heydərli qurumun sədr əvəzi Hacı İlham Əliyevin şəxsiyyəti və gördüyü işlərə toxunub. Və deyib ki, Hacı İlham həmişə əxlaqlı, mənəviyyatlı cəmiyyətin formalaşması uğrunda mübarizə aparıb.
 
Digər çıxış edənlər də Hacı İlham Əliyevin mənəvi-əxlaqi dəyərlərin qorunması uğrunda mübarizə apardığını, nümunəvi cəmiyyət qurmaq yolunda addımlar atdığını, vətən uğrunda canından keçməyə hazır olduğunu vurğulayıblar.
 
Toplantıda qeyd edilib ki, ölkə ictimaiyyəti Hacı İlhamın həbsi ilə bağlı nələrin baş verməsindən xəbərsizdir və bu üzdən vəkil açıqlamalar verməli, Müdafiə Komitəsi də müdafiəni bunun əsasında qurmalıdır.
 
“Rəsmi qurumlar demək olar ki, heç bir məlumat vermirlər. Ona görə də hansısa ictimai qurumların məsələyə aydınlıq gətirməsi mümkünsüzdür. Müdafiə Komitəsi yalnız aydınlıq gətiriləndən sonra hansısa addım atıla, müraciətlər edilə bilər” – deyə çıxışçılar bildiriblər.
 
Toplantıda Hacı İlhamın müdafiəsi üçün istintaqın gedişinin ölkə və beynəlxalq hüquq təşkilatları tərəfindən nəzarətə götürülməli olduğu da təklif edilib.
 
Qeyd edək ki, toplantıda Müdafiə Komitəsinə "Maarifçiliyə Dəvət" İctimai Birliyinin sədri  Hacı Elçin Manafov və ictimai-siyasi fəal Hacı Həmid də üzv qəbul ediliblər.
 
Müdafiə Komitəsi yekun olaraq istər istintaq, istərsə də məhkəmə araşdırmaları ilə bağlı beynəlxalq hüquq müdafiə institutları ilə əlaqəni möhkəmləndirmək, onların diqqətini bu proseslərə yönəltmək və iştirakını təmin etmək, həmçinin ittihamın motivlərinin AİP-in sədr əvəzi Hacı İlham Əliyevin şəxsi keyfiyyətləri, xüsusiyyətləri və davranışlarına uyğunsuzluğu haqda qərar verib.
 
Komitə həmçinin qərara alıb ki, Hacı İlhamın müdafisəsi üçün vəkillər ictimaiyyətə tam açıqlama verməli, qiymətləndirmə məsələsi həll olunmalıdır.
 
Müdafiə Komitəsi eyni zamanda gələcəkdə ora daxil olan ictimai-siyasi qurumların liderləri və nümayəndələrinin müraciətləri, sosial şəbəkələrdə Hacı İlhamın günahsızlığına əmin olan insanların rəy və fikirlərinin açıqlanması məsələsi ilə bağlı addımların atılmalı olduğu haqda da qərar verib.
 
 
 


Source : Deyerler
Tagged
ilham
Comment