QR CodeQR Code

Tramp: Hər il on minlərlə amerikalı qripdən ölür və heç yerdə tətil elan edilmir!

IslamTimes , 9 Mar 2020 22:47

İslamTimes: Tramp seçkilərdə qələbə qazanmaq üçün ABŞ xalqını qurban verməyi düşünür?


Bazar ertəsi ABŞ prezidenti Donald Tramp ABŞ dövlətinin koronavirusun yayılmasının qarşısını almaq üçün cəmiyyətin çoxluq təşkil etdiyi mərkəzləri bağlamaqdan imtina etməsini açıq şəkildə müdafiə edib.

Tramp Twitter sosial şəbəkəsində yazıb: "Ötən il 37 min amerikalı qripdən öldü. Orta hesabla ildə 27 minlə 70 min arası insan bu xəstəliklər səbəbindən həyatını itirir. Amma heç bir mərkəzdə tətil elan olunmur. Ölkənin iqtisadiyyat çarxı hərəkətini davam etdirir. "

Tramp əlavə edib: "Bu günə qədər 546 nəfərdə koronavirus aşkarlanıb və 22 nəfər həyatını itirib. Bu barədə düşünün”.

Trampın koronavirusun yayılmasını önləmək üçün tətillərdən boyun qaçırmasının əsas səbəbi bu il baş tutacaq prezident seçkiləridir. Tətillər Amerika iqtisadiyyatına böyük zərbə vura bilər. Bu isə Trampın seçkilərə böyük bir uğursuzluqla qatılması deməkdir.


Story Code: 849405

News Link :
https://www.islamtimes.org/az/news/849405/tramp-hər-il-on-minlərlə-amerikalı-qripdən-ölür-və-heç-yerdə-tətil-elan-edilmir

Islam Times
  https://www.islamtimes.org