0
Monday 9 March 2020 - 23:59

Çindən ABŞ dövlət katibinə ciddi xəbərdarlıq

Story Code : 849415
Çindən ABŞ dövlət katibinə ciddi xəbərdarlıq
Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ dövlət katibinin koronavirusa yeni ad verməsinə cavab verib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Gen Şuanq ABŞ dövlət katibi Mayk Pompeonun Çinə qarşı böyük hörmətsizlik olan addımına cavab olaraq belə deyib: "Ümumdünya Səhiyyə Təşkilatı rəsmi olaraq koronavirusun yeni növünü Kovid-19 virusu adlandırdı. Pompeonun bu virusu "Uhan virusu" adlandırması Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlığına ziddir! Bu rüsvayçı davranışı qınayırıq!"

Qeyd edək ki, ABŞ dövlət katibi dünən koronavirus haqqında danışarkən bu virusa Çinin Uhan şəhərinə işarə ilə "Uhan virusu" adlandırıb.
Source : IslamTimes