QR CodeQR Code

Çində koronavirusa yoluxanların 70%-dən çoxu sağalıb

10 Mar 2020 00:34

İslamTimes: Çində yeni növ koronavirus infeksiyasına yoluxanların 70%-dən çoxu tam sağalıb.


APA “TASS”-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adanom Gebreyesus brifinq zamanı bildirib.

“Çində qeydə alınmış 80 min yoluxma hallarının 70%-dən çoxu yeni növ koronavirus infeksiyasından xilas olub”, - təşkilat sədri belə deyib.

ÜST-ün hesablamalarına görə, bu rəqəm 58,6 mindən çoxdur. Bundan əlavə, Çində virus nəticəsində ölənlərin 20%-i 80 yaşdan yuxarı insanlardır, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər arasında 13%, diabet xəstələri arasında 9%, tənəffüs problemi olan insanlar arasında isə 8% ölüm halları qeydə alınıb. Xərçəng xəstələrində isə 7,5% ölüm baş verib.


Story Code: 849422

News Link :
https://www.islamtimes.org/az/news/849422/çində-koronavirusa-yoluxanların-70-dən-çoxu-sağalıb

Islam Times
  https://www.islamtimes.org