0
Thursday 14 July 2011 - 13:10

İran İslam İnqilabı ilə məntəqə inqilablarının fərqi

Story Code : 84954
İran İslam İnqilabı ilə məntəqə inqilablarının fərqi
İran İslam İnqilabı ilə məntəqə inqilablarının fərqi
Bəziləri İran İslam İnqilabı ilə məntəqədə baş vermiş son hadisələr arasında 30 il zaman fasiləsi olduğuna istinadən məntəqədəki inqilabların İran İslam İnqilabından təsirləndiyini mümkünsüz sayırlar. Sizin buna münasibətiniz necədir?

Son zamanlar məntəqədə baş vermiş hadisələr İslam inqilabından az sonra baş verməli idi. Amma düşmən iki hiyləgər planla bu inqilabların gerçəkləşməsinin qarşısını aldı. Düşmənin məntəqədəki inqilabların qarşısını almaq üçün ilk planı Səddamı İran əleyhinə müharibəyə vadar etməsi idi. Onlar bu addımla həm İranın başını müharibəyə qatmaq, həm də İraqdakı mümkün inqilabın qarşısını almaq niyyətində idi.

Düşmənlərin
ikinci hiyləgər planı məntəqədə Taliban və Əl-Qaidə adlı iki terror təşkilatını təsis etmək oldu. Bu addım da məntəqədə baş verəcək inqilabların qarşısını almaq üçün olduqca mühüm idi.

Bildiyimiz kimi düşmən son üç onillikdə dəfələrlə müxtəlif çirkin oyunlarla, soyuq müharibələrdən istifadə etməklə İran İslam İnqilabının möhkəmlənməsinin qarşısını almaq istəyiblər. Düşmənin son fitnəsi iki il öncə İranda prezident seçkiləri dövründə baş vermiş fitnə idi. Amma bütün bunlara baxmayaraq onlar öz məqsədlərinə nail ola bilmədilər.

Məntəqənin müsəlman xalqları baş vermiş son hadisələrdə şahid oldular ki, İranda 1357-ci ildə baş
vermiş hərəkat hələ də davam edir və onun qüdrətini cilovlamaq qeyri mümkündür.

Nə üçün onlar bu sayaq qüdrətə malik olmamalıdırlar!

Məntəqə xalqlarının İran İslam İnqilabından ilhamlanması üçün hansı dəlillər mövcuddur?

İran İslam İnqilabı ilə son zamanlar məntəqədə baş vermiş hadisələr arasında oxşar cəhətlər olduqca çoxdur. Bu oxşar cəhətlər məntəqə baş vermiş inqilabların İran İslam İnqilabını özləri üçün bir nümunə seçməyə kifayət edir.

Uyğun oxşarlıqlara misal olaraq deyə bilərik ki, məntəqədə baş vermiş inqilabi hərəkatlar İran İslam İnqilabı kimi xalq hərəkatıdır və xalqın içindən inkişaf etmişdir. Bu hərəkatlar
nə bir hərbi çevrilişdir, nə də xalqın müəyyən bir qrupuna aiddir. Bu inqilablar nə ziyalıların, nə də fəhlələrin inqilabıdır. Bu hərəkat xalq hərəkatıdır.

İkinci oxşar cəhət cavanların meydanda mübarizəsidir.

Üçüncü oxşarlıq uyğun inqilablarda İslam rənginin mövcud olmasıdır. Xalq cümə namazlarından sonra “Allahu-Əkbər” şüarları ilə öz hərəkatlarına başlayır. Elə bu səbəbdən də bu inqilablara ərəb millətçiliyi damğası vurmaq olmaz.

Dördüncü oxşarlıq mübarizə üsulundadır.

Bütün bu millətlər öz mübarizələrinə yalın əllə başlayıblar. Amma Liviya kimi bəzi ölkələrdə xalq çarəsizlik üzündən diktator rejimlə
mübarizəni silahla davam etdirir. Amma unutmamalıyıq ki, Liviya xalqı da rejimlə mübarizəyə yalın əllə başlamışdı.

Növbəti müştərək nöqtə etirazçıların ordu ilə mübarizəyə qalxmamaq niyyəti idi. Onlar ordunu danışıqlar vasitəsi ilə oyadaraq öz tərəflərinə çəkmək niyyətində idilər. Bu olay eyni ilə İran İslam İnqilabında da baş vermişdi. İmam Xumeyni (r) son dəqiqəyədək xalqa icazə vermədi ki, silah ələ alaraq ordu ilə mübarizəyə qalxsınlar. İmam orduda xidmət edənlərin xalqın qardaşı olduğunu dilə gətirirdi. İmam hərbiçilərin qabağına güllə ilə ilə yox, gül ilə çıxmağı tapşırırdı. 

Davamı var...

"IslamTimes" - Tərcümə şöbəsi
Comment