0
Tuesday 10 March 2020 - 23:31

Məhkəmə Netanyahunun istəyini rədd etdi

Story Code : 849604
Məhkəmə Netanyahunun istəyini rədd etdi
"Jerusalem Post" xəbər agentliyinin məlumatına əsasən, İşğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahunun istəyi hakim tərəfindən rədd edilib. Netanyahu məhkəməsinin təxirə salınmasını istəmişdi. Amma Beytül-Müqəddəs məhkəməsi bu istəyə mənfi cavab verib.

KİV-in xəbərində bildirilir ki, sionist rejimin baş prokuroru Avichai Mandelblit Netanyahunun məhkəməsinin təxirə salınmasına ehtiyac olmadığını söyləyib. O bildirib ki, Netanyahu ilə bağlı digər şübhəli məqamların üzə çıxması üçün onun ilk məhkəmə iclasının keçirilməsi vacibdir. İlk iclasın zamanı 17 marta təyin edilib.

Qeyd edək ki, Netanyahuya qarşı 3 ayrı korrupsiya sənədinə görə iddia qaldırılıb. Onun həyat yoldaşı Sara Netanyahu da bir neçə gün öncə hakim qarşısına çıxıb. Onun dövlət büdcəsindən 99 min dollar mənimsədiyi bildirilir.
Source : IslamTimes