0
Tuesday 10 March 2020 - 23:56

İran Ərəbistanı koronavirusu siyasiləşdirməməyə çağırdı

Story Code : 849611
İran Ərəbistanı koronavirusu siyasiləşdirməməyə çağırdı
İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi Sputnik xəbər agentliyinin Səudiyyə Ərəbistanının gülünc iddiaları ilə bağlı sualını cavablandırıb.

Səudiyyə Ərəbistanı Nazilər Şurası bildirib ki, İran İslam Respublikası bu ölkəyə səfər edən Səudiyyə vətəndaşlarının pasportuna möhür vurmur ki, onların İrana səfər etdiyi bilinməsin və onlarda koronavirus olarsa, bu virus Ərəbistana rahatlıqla yayılsın.

Abbas Musəvi Ərəbistanın bu iddiasına cavab olaraq bildirib: "İran daha öncə də bu haqda açıqlama verərək elan edib ki, ABŞ, İngiltərə və Kanada pasportlarına sahib şəxslər istisna olmaqla bütün ölkə vətəndaşlarına elektron viza verilməsi şərtləri eynidir. Bu vizadan istifadə edən bütün dünya ölkələri pasporta ştamp vurulmasını və xüsusi etiket yapışdırılmasını dayandırıb. Bu olayın koronavirus və Səudiyyə Ərəbistanına heç bir aidiyyatı yoxdur. Xahiş edirəm ki, Səudiyyə rejimi koronavirus mövzusunu siyasi problemə çevirməsin!"
Source : IslamTimes