QR CodeQR Code

Suriyada ABŞ-a bağlı kürd silahlılar Ən-Nüsrəyə neft satışını yenidən başlatdı

IslamTimes , 11 Mar 2020 14:54

İslamTimes: ABŞ, kürd silahlılar və Ən-Nüsrə əl-ələ verərək Suriya neftini oğurlayır


Əl-Vətən qəzeti Suriya neftinin ABŞ tərəfindən talan edilməsi ilə bağlı şok detalları üzə çıxarıb. ABŞ dövləti Suriya neftinin oğurlanmasında özünü Demokratik Suriya Qüvvələri adlandıran kürdlərdən və Ən-Nüsrə terror təşkilatından istifadə edir. Belə ki, Suriyanın şərqindəki bölgələrdən əldə edilən xam neft kürd silahlı qruplaşmaları tərəfindən Ən-Nüsrə terror təşkilatına çatdırılır. Ən-Nüsrə qruplaşması isə Türkiyə hərbçilərinin icazəsiz olaraq yerləşdiyi Suriya ərazisindən nefti Suriyadan Avropa bazarlarına çıxarır.

Kürd silahlı qruplaşmaları ABŞ işğalçıları ilə birlikdə Suriyanın şimal və şərq məntəqələrində bir çox neft və qaz yataqlarını əlində saxlayır. Suriya ordusu isə təkidlə bildirib ki, Suriyanın bu məntəqələri işğalçılardan təmizlənəcək.

Son dönəmlərdə Ən-Nüsrənin işğalı altında olan məntəqələrdə neft böhranı yaşanırdı. Bu böhrana səbəb isə kürd silahlıların Türkiyənin bu məntəqələrdəki hərbi əməliyyatları səbəbindən Ən-Nüsrəyə neft yollamaqdan imtina etməsi idi. ABŞ dövlətinin bir neçə gün öncə kürd qruplaşamalara yardıma davam edəcəyini bildirməsindən sonra kürd silahlılar yenidən Ən-Nüsrə terror təşkilatına neft yollamağa start verib. Neftin qiymətinin qeyri-təbii şəkildə azalmasının da bir səbəbinin də elə bu olay olduğu bildirilir.
 


Story Code: 849722

News Link :
https://www.islamtimes.org/az/news/849722/suriyada-abş-a-bağlı-kürd-silahlılar-ən-nüsrəyə-neft-satışını-yenidən-başlatdı

Islam Times
  https://www.islamtimes.org